Sizin inkişafınız
bizim uğurumuzdur!

Finax, maliyyə, mühasibatlıq və vergi xidmətləri sahəsində peşəkarlığı və dəqiqliyi ilə seçilən bir şirkətdir.

Mühasibat uçotu
Vergi uçotu
İR-nin idarə edilməsi
Audit
Məsləhət-konsultasiya
Təlimlər

Finax
haqqında

Maliyyə, Mühasibatlıq və
Vergi Xidmətlərinizdə Etibarlı Tərəfdaş

Finax, maliyyə, mühasibatlıq və vergi sahəsində peşəkar xidmətlər təqdim edən etibarlı şirkətdir. Şirkətimiz müştərilərimizin maliyyə resurslarını səmərəli idarə etməsinə, düzgün mühasibat uçotu aparmasına və vergi qanunvericiliyinə tam uyğun fəaliyyət göstərməsinə dəstək olur.

Finax komandası, bizneslərin unikal ehtiyaclarına uyğun fərdi yanaşma tətbiq edərək, maliyyə hesabatlarının şəffaflığını təmin edir və vergi yükünü optimallaşdırmağa kömək edir. Peşəkar yanaşmamız sayəsində müştərilərimizin biznes dayanıqlığını və rəqabət qabiliyyətini artırmağa töhfə veririk.

Eyni zamanda, Finax, müasir maliyyə texnologiyalarını iş proseslərimizə inteqrasiya etməklə müştərilərimizə daha çevik və innovativ həllər təklif edir. Şirkətimizin təqdim etdiyi xidmətlər yalnız gündəlik əməliyyatların idarə edilməsinə yönəlməyib, həm də biznesinizin strateji məqsədlərinə çatmasına dəstək olur.

İllərin təcrübəsi və peşəkar mütəxəssislərdən ibarət komandamız, sizin maliyyə işlərinizdə qarşılaşa biləcəyiniz hər hansı bir problemin operativ və effektiv həllini təmin etməyə hazırdır. Finax ilə əməkdaşlıq edərək, biznesinizi daha yüksək səviyyəyə qaldırmaq üçün güclü bir tərəfdaş əldə edirsiniz.

Təklif etdiyimiz xidmətlər

Finax, müştərilərinə yüksək keyfiyyətli və etibarlı xidmətlər təqdim edərək onların biznes məqsədlərinə çatmasını təmin edir.

Hər bir müştərinin unikal ehtiyaclarını dərindən anlayaraq, onlara fərdi yanaşma ilə xidmət göstərir. Biz, müştərilərimizin biznes proseslərini daha effektiv və məhsuldar etmək üçün xüsusi həllər təklif edir, fəaliyyətlərini optimallaşdırmağa və maliyyə resurslarından maksimum fayda əldə etməyə kömək edirik.

Vergi uçotu

Vergi bəyannamələrinin hazırlanması və qanunvericiliyə tam uyğun uçotun aparılması.

Mühasibat (maliyyə) uçotu

Maliyyə hesabatlarının hazırlanması, büdcə planlaşdırılması və dəqiq uçot sistemi qurulması.

İnsan resurslarının idarə edilməsi

İşçi heyətinin seçimi, əməkhaqqı uçotu və İnsan Resursları proseslərinin effektiv idarə olunması.

Audit

Maliyyə əməliyyatlarının yoxlanılması, hesabatların şəffaflığı və risklərin azaldılması üzrə xidmətlər.

Təlimlər

FİNAX Academy olaraq Maliyyə, Mühasibatlıq və Vergi qanunvericiliyi üzrə həm yeni başlayanlar, həm də peşəkar olmaq istəyənlər üçün təlimlər təşkil edir. Təlimçilərimiz müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssislərdir.Tərəfimizdən təşkil olunan təlimlərin keyfiyyətinə tam zəmanət verilir. Hər bir iştirakçıya təlimin sonunda keçirilmiş imtahan nəticəsinə uyğun olaraq sertifikat təqdim olunur.

Peşəkar Mühasib Sertifikatı (MHBS-üzrə)

Vergi qanunvericiliyi

1C 8.2 təlimi

Kiçik mühasib təlimi

Praktik mühasibatlıq

Praktik Excel